Son yenilənmə: 28 avqust 2026
Bu səhifə sadə dildə yazılıb. Hansı məlumatı topladığımızı, nəyə görə topladığımızı və onu kimlə paylaşdığımızı gizlətmədən yazmışıq.
rezervs.az — salonlar, klinikalar və xidmət göstərən digər bizneslər üçün onlayn rezervasiya sistemidir. Operator: Cəbrayıl, Bakı, Azərbaycan.
Sistemdən iki qrup istifadə edir və onların məlumatı ayrı-ayrı toplanır: biznes sahibi (bizim müştərimiz) və onun müştərisi (rezerv edən şəxs).
Şifrə, sənəd nömrəsi, ödəniş kartı və ya yerləşdiyiniz yer toplanmır.
Azərbaycan qanunvericiliyi sağlamlıq məlumatını xüsusi kateqoriya sayır. Ona görə:
Məlumatınızı satmırıq. Aşağıdakılar sistemin işləməsi üçün zəruri olan xidmətlərdir:
Serverlərimizin yerləşdiyi ölkə: Türkiyə. Sağlamlıq məlumatı tələb olunduğu halda Azərbaycandakı serverə köçürülə bilər.
Sizin haqqınızda hansı məlumatın olduğunu soruşa, onu düzəltdirə və ya sildirə bilərsiniz. Bunun üçün Instagram-da @rezervs.az hesabımıza yazın — 1–12 saat ərzində cavab veririk.
Xatırlatmaları dayandırmaq üçün Telegram botunda /dayandir yazın və ya rezervinizi idarəetmə linkindən ləğv edin.
Bu səhifə dəyişəndə yuxarıdakı tarix yenilənir. Vacib dəyişiklikləri hesabınıza bildiririk.